Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə197/282
tarix17.02.2022
ölçüsü2,04 Mb.
#114516
1   ...   193   194   195   196   197   198   199   200   ...   282

6- Qarşılıqlı hörmət


Sağlam ailə mühitinin yaranmasında mühüm rol oynayan altıncı amil isə ailə üzvlərinin bir-birilərinə qarşı hörmətlə davranmasıdır. Hörmətlə davranmaq, təkcə ailə üzvlərinə aid deyil, əsl həqiqətdə bütün müsəlmanlarla və hətta bütün insanlara aid olunur. Amma şübhəsiz, ər-arvadın, valideyn və övladların qarşılıqlı ehtiram və hörmətlə davranması, sağlam və möhkəm ailə təməllərinin atılmasında müstəsna rol oynadığı üçün, buna daha çox təkid edilmişdir. Diqqət etmək lazımdır ki, kişi ailənin böyüyü olduğu üçün bu barədə daha çox məsuliyyət daşıyır. Elə buna görə də, çoxsaylı rəvayətlərimizdə kişiyə öz qadınına hörmət etməsi tövsiyə olunur. Allahın elçisi (s) buyurur: "Kim ailə qursa, (həyat yoldaşına) hörmət etməlidir."1

Başqa bir hədisdə buyurulur: "Sizin aranızda ən dəyərli şəxs, ailəsi ilə ən yaxşı rəftar edəndir."2

Həmçinin kişiyə tövsiyə olunur ki, evə daxil olduqda öz ailəsinə salam versin: "Ey Ənəs!... Evə daxil olduğun zaman, ailənə salam ver ki, evinin xeyir-bərəkəti çoxalsın."3

Şübhəsiz, kişinin ailəsinə hörmət qoyması, evdə xeyir-bərəkətin və məhəbbətin artmasına xidmət edəcəkdir.



Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin