601. Allahın rəsulu (s): Mehriyyənin miqdarını yüngül edin, çünki kişi qadının mehriyyəsini ödəsə də, (buna gərə) qəlbində ona kin saxlayar.2
605. İmam Əli (ə): Mehriyyələrin miqdarını çoxaltmayın. Çünki bu, düşmənçiliyə səbəb olar.3
3\1
Yetkinlik yaşına çatmamış uşaqları evləndirmək
614. "Əl-Kafi": Hişam ibn Həkəm rəvayət edir: İmama (İmam Sadiqə (ə) və ya İmam Kazimə (ə) ) dedilər: Biz oğlan övladlarımızı (yetkinlik yaşına çatmamış,) uşaq vaxtı evləndiririk.
Buyurdu: "Onları (yetkinlik yaşına çatmamış,) uşaq vaxtı evləndirsəniz, bir-birilərini sevib, ünsiyyət qura bilməyəcəklər."1
4\1
Dostları ilə paylaş: |