3- Simiclik
Mömin, ilahi tərbiyəsi ilə ədəb alar. O, öz yaşayışının xərclərini Allahın ona əta etdiyi ruzinin azalıb-çoxalması ilə tənzimləyər. Tanrı ona ruzi qismət etsə, o da, xərclərini çoxaldar. Amma ruzi bəxş etməsə, harama sarı üz gətirməz. Simic insan hər şəraitdə heç kimə əl tutmaz və halını soruşmaz. Belə insan hamıya və hətta özünə belə korluq çəkdirər və ailəsinin məişət xərclərini ödəməz, nəticədə onlar iqtisadi problemlərın yükü altında əzab-əziyyətlə yaşayarlar. Onun bu əməlinə, iqtisadi cəhətdən imkanlı olmasını nəzərə aldıqda, heç bir formada haqq qazandırıla bilməz. Bu rəftarın yeganə səbəbi, simiclik adlı iyrənc xasiyyətdir. Bu şəraitə çox az qadın davam gətirər. Belə qadınlar ya ərindən gizli şəkildə onun malından oğurlayar, ya da ki, ərinin onu sevdiyinə şübhə ilə yanaşar. Nəticə də, isə ona qarşı sevgisi azalar. Çünki, ərinin malına ondan daha çox dəyər verdiyini görər.
Allahın elçisi (s) buyurur: "Allah-təalanın yanında ən mənfur insan, ailəsinə (pul xərcləməkdə) simiclik edəndir."2
Başqa bir hədisdə isə buyurur: "İnsanların ən pisi, ailəsini ehtiyac içərisində saxlayandır."1
Dostları ilə paylaş: |