Qadının, özünü ərindən qeyrisinə göstərmək üçün bəzəməsi, ailə quruluşunu indiyə kimi təhdid edən amillərdən biridir. Allahın rəsulu (s) buyurur: "Heç bir qadına halal (caiz) deyildir ki, biləyini və ayağını ərindən başqasına göstərsin. Əgər bu tövsiyəyə qulaq asma, daim Allahım lənəti və narazılığına düçar olar. Allah-təala ona qəzəblənər. Allahın mələkləri onu lənətləyər və onun üçün dəhşətli əzab hazırlayar."1
Bu təhlükəli amil, ailənin dağılmasına şərait yaradır. Buna görə də, kişi ailənin rəhbəri olaraq, buna mane omalıdır. Allahın elçisi (s) buyurur: "Qadının (özgə kişiləri cəlb etmək məqsədi ilə) bəzənib, ətir vurub evdən çölə çıxmasına razı olan ərə, onun atdığı hər addımın müqabilində cəhənnəmdə bir (əzab) evi inşa olunar."2
Dostları ilə paylaş: |