Yalnız varlı insanlara qız vermək
75. İmam Sadiq (ə): Bəndə üçün ən böyük günah, mömin qardaşının oğlu onun yanına gəlib, qızı ilə evlənmək istədiyini bildirdikdə, "Mən qızımı sənə verə bilmərəm, çünki mən səndən daha varlıyam”-deyə cavab verməsidir".1
76. "Əl-Mömin": İbrahim Təymi rəvayət edir: (Həcc ziyarəti zamanı) təvaf edərkən İmam Sadiq (ə) qolumdan tutub, mənə salam verdi. Sonra buyurdu: "Ey İbrahim! Mömin üçün sərvətdən daha zərərli xeyir və mənfəət yoxdur. Sərvət onun üçün, biri öndən, biri də arxadan, çobansız sürüyə hücum edən iki yırtıcı canavardan daha da zərərlidir.
Sonra buyurdu: "Səncə bu iki canavar nə edərlər?"
Dedim: Allah sizə can sağlığı versin! Şübhəsiz, onlar sürünü məhv edərlər".
Buyurdu: "Doğrudur. Zəngin olmağın möminə vurduğu ən kiçik zərbə isə, müsəlman qardaşının onun yanına elçi gəldiyi zaman, "Sən mal-mülk sahibi deyilsən."- deyə ona cavab verməsidir.2
3\3
Dostları ilə paylaş: |