118. "Sünəni-Darəmi": Cabir ibn Abdullah rəvayət edir: Allahın elçisi (s) ilə birlikdə səfərə çıxmışdıq. Qayıdarkən mən tələsik şəkildə ondan ayrıldım və getdim. Bir miqdar getmişdim ki, arxadan bir süvarinin mənə yaxınlaşdığını gördüm. Qayıtdım, onun Peyğəmbər (s) olduğunu gördüm. Üzünü mənə tutub, buyurdu: "Nə üçün məndən ayrılırkən belə tələsirdin, ey Cabir?"
Dedim: Mən yenicə evlənmişəm.
- "Bakirə qızla evlənmisən, yoxsa dul qadınla?"
- Dul qadınla.
- "Nə üçün bakirə qızla evlənmədin...?"1
119. "Səhihi-Buxari": Cabir rəvayət edir: Bir qadınla evəndim. Peyğəmbər (s) mənə buyurdu: " Ey Cabir, ailə qurmusanmı?"
Dedim: Bəli.
- "Bakirə qızla evlənmisən, yoxsa dul qadınla?"
- Dul qadınla.
- "Nə üçün bakirə qızla evlənmədin...?"
- Atam rəhmətə getdi, evimizdə yeddi (ya doqquz) balaca qız övladı yetim qaldı. Mən istəmədim ki, onlar kimi başqa bir qız da onlara qoşulsun. İstədim ki, elə bir qadınla evlənim ki, onlara başçılıq, hamilik etsin.
- "Afərin sənə!"2
120. "Səhihi-Buxari": Aişə rəvayət edir: Dedim: Ey Allahın elçisi! Bir vadiyə endikdə orada iki ağac görsən, birinin meyvəsi dərilmiş, amma digərinin meyvəsinə toxunulmamış olsa, dəvələrinin hansı ilə yemlənməsini istəyərsən?
Peyğəmbər (s) buyurdu: "Meyvələri dərilməmiş ağacdan."1
Dostları ilə paylaş: |