3- Bəd əməlli şəxsə, xüsusilə də əyyaşa qız verməyin
150. Allahın rəsulu (s): Kim qızını bəd əməlli şəxsə ərə versə, hər gün asimandan min lənət qazanar. Onun heç bir əməli səmaya qalxmaz. Duaları qəbul olmaz. Tövbəsi və fidyəsi qəbul edilməz.2
151. Allahın rəsulu (s):Əyyaş xəstələndikdə, onu yoluxmağa getməyin. Dəfnində iştirak etməyin. Şahidliyinə etbar etməyin. Elçi gəldikdə ona qız verməyin. Ona əmanət tapşırmayın.3
152. Allahın rəsulu (s): "Agah olun, mən Allah-Təala tərəfindən şərabın haram olmasını elan etdikdən sonra şərab içən şəxs hər hansısa ailənin qızına elçi getsə, müsbət cavab eşitməyə layiq deyil."1
153. Allahın rəsulu (s): Əyyaş şəxs sizə elçi gəldikdə, ona qız verməyin.2
154. İmam Sadiq (ə): Əyyaşa qız verən şəxs, sanki onu azğınlığa sürükləyib.3
155. İmam Sadiq (ə): Hər kim qızını əyyaşa ərə versə, sanki onunla qohumluq əlaqələrini kəsmişdir.4