"Mehrüs-sünnə"5 haqqında araşdırma6(ixtisarla)
Şiə alimlərinin fikrincə, ailə quran zaman hər iki tərəf mehriyyənin məbləği barəsində istənilən razılığa gələ bilərlər. Onun miqdarına heç bir məhdudiyyət qoyulmur. Amma mehriyyə hökman dəyər daşıyan və ya mənfəət verəcək hər hansısa bir şey olmalıdır. Amma bununla belə dinimizin əxlaqi, müstəhəbbi və daim təkid etdiyi kimi mehriyyənin miqdarı mümkün qədər az olmalıdır. Belə ki, bu, ailə qurmağı asanlaşdırar və mehriyyə, kiminsə müqabilində lovğalanmaq və ya təziq vasitəsi olaraq, ərin evlilik həyatına davam etməsinə məcbur etmək kimi xoşagəlməz bir xarakter daşımaz. Əsl həqiqətdə mehriyyə sanki ərin qadına olan vəfası və mərhəmətinin təcəssümüdür.
Elə buna görə də, dinimizin rəhbərləri dəfələrlə, məhz Peyğəmbərimizin (s) öz həyat yoldaşları və qızlarına təyin etdiyi miqdarda olan mehriyyənin, müsəlmanlar tərəfindən nümunə, ülgü olaraq davam etdirilməsinə təkid etmişlər. İmamlarımız öz davamçılarını bu miqdardan artıq mehriyyə tələb etməkdən çəkindirmişlər. Əlbəttə bu iş, haram mənasına olmasa da, Peyğəmbərimizin (s) təyin etdiyi mehriyyədən ("Mehrüs-sünnə"dən) daha çox mehriyyə təyin etməyin məkruh olduğunu bildirir.
Dostları ilə paylaş: |