Beşinci fəsil
5\1
167. Allahın rəsulu (s): Ramazan ayında evlənmək müstəhəbbidir. Çünki bu ayada bərəkət ümidi var.1
168. Allahın rəsulu (s): Cümə günü elçilik və izdivac günüdür.2
5\2
169. Allahın rəsulu (s): Evlilik mərasiminizi aşkar və hamının xəbəri olacaq şəkildə edin.1
170. İmam Əli (ə): Allahın elçisi (s) gizli şəkildə evlənməkdən çəkindirib. O, ənsardan olan bir şəxsin evindən dəf səsi eşitdikdə, buyurdu: "Nə olub?"
Dedilər: Ey Allahın elçisi! Filankəs bəy olub. (Evlənir.)
Buyurdu: "Allaha şükür! Evləndiyinizi aşkar edin. Evlilik mərasimlərini aşkar şəkildə qeyd edin!"2
5\3
Dostları ilə paylaş: |