171. Allahın rəsulu (s): Evləndiyinizi aşkar edin, evlilik mərasimlərini məsciddə qeyd edin və dəf çalın.3
172. "Dəaimül-islam": Rəvyət olunur ki; Allahın elçisi (s) bəni-Zürəyq qəbiləsinin yaşadığı məhəllədən keçirdi. O həzrət (s), saz-avaz səsi eşitdi. Buyurdu: " Nə olub?"
Dedilər: Ey Allahın elçisi! Filankəs bəy olub. (Evlənir.)
Buyurdu: "Dinini kamilləşdirdi. Bu evlənməkdir, zina deyil. Evlənmək, gizli olmamalıdır. Hətta elə edin ki, tüstü görülsün (imkan daxilində qonaqlıq verilsin) və ya dəf səsi eşidilsin."
Sonra buyurdu: "Zina və evlənmək arasındakı sərhəd, dəf səsidir."1
173. "Əmali": Məhəmməd ibn Əli ibn Həbbar atasının vasitəsilə rəvayət edir: Peyğəmbər (s) Əli ibn Həbbarın evinin kənarından keçirdi. Elə bu zaman dəf səsi eşitdi. Buyurdu: " Nə olub?"
Dedilər: Ey Allahın elçisi! Əli ibn Həbbar evinə gəlin gətirib.
Peyğəmbər (s) buyurdu: "Çox gözəl! Bu evlənməkdir, zina deyil." Sonra buyurdu: "Evlilik mərasimlərini öz aranızda aşkar şəkildə qeyd edin və orada dəf çalın."
Elə bundan sonra da, evlilik mərasimləri bu formada keçirilməyə başlandı.2
Diqqət!
Evllilik mərasimlərində "dəf"dən istifadə etməyə icazə verən bu rəvayətlər və başqa mənbələrdə mövcud olan digər hədislərin3 sənədləri etibar cəhətindən zəifdir. Bəzi fəqihlərin qeyd etdikləri kimi, bu musiqi alətindən istifadə etməyə, yalnız mütrüblüyə gətirib çıxarmamaq şərtilə icazə verilmişdir.
5\4
Dostları ilə paylaş: |