Qonaqlıq verin
174. Allahın rəsulu (s): Beş münasibətlə qonaqlıq verilər: Urs, xurs, izar, vekaz və rekaz zamanı. Urs, evlilik; xurs, övlad sahibi olduqda; izar, övladını sünnət etdirdikdə; vekaz, ev aldıqda; rekaz, Məkkədən (həcc ziyarətindən) gəldikdə.1
175. İmam Əli (ə): Qonaqlıq ver (ehsan et), hətta bir qoyun qurban kəssən də belə.2
176. "Əl-Mərasil": Həkəm ibn Ütüybə rəvayət edir: Peyğəmbər (s) Bilalı ənsardan olan bir qadının ailəsinə elçiliyə yolladı. Onlar dedilər: Sən həbəşi qulsan. (Sənə qız vermərik.)
Bilal cavab verdi: Allahın elçisi (s) mənə sizin yanınıza gəlməyi əmr etməsiydi, heç bir zaman gəlməzdim.
Səni Peyğəmbər (s) göndərib?
Bəli.
Əgər belədirsə, artıq evlisən.
Bilal, Peyğəmbərin (s) yanına qayıdaraq, əhvaltı ona danışdı. Elə bu zaman Həzrət Peyğəmbərə (s) bir qızıl parçası (hədiyyə) gətirdilər. Allahın elçisi (s) onu Bilala verib, buyurdu: "Bunu mehriyyə ünvanında cələcək həyat yoldaşına ver." Ardınca səhabələrə belə buyurdu: "Qardaşınız(ın ailə qurması münasibətilə) qonaqlıq verin."3
5\5
Dostları ilə paylaş: |