180. İmam Sadiq (ə): Bəy otağına girdikdə, gəlinin alnındakı saçları sığallayıb, üzünü qibləyə çevir və belə dua et: İlahi! Sənin əmanətini aldım.3 Sənin kəlamlarınla onu özümə halal etdim. Mənə ondan övlad qismət edəcəksənsə, onu xeyir-bərəkətli, pərhizkar, Ali-Məhəmməd (ə) davamçılarından et. Şeytanın ondan bəhrələnməsinə icazə vermə.4
181. "Məkarimül-əxlaq": Əhli-beytdən (ə) rəvayət olunur: Bəy gecəsi yaxınlaşdığı zaman, həyat yoldaşından iki rükət namaz qılmasını xahiş etmək müstəhəbbidir. Sən də, dəstəmaz al və iki rükət namaz qıl. Allaha həmd-səna oxuyub, Peyğəmbərinə (s) salam göndərib, belə dua et: İlahi! Onu məndən razı qalmasını, məni sevməsini və mehribalçılıq göstərməsini, mənə ruzi et. Qoy, mən də ondan razı olum. Bizim aramızda ən gözəl şəkildə və ən asan formada uyğunlaşma, ülfət və mehribançılıq yarat. Həqiqətən də, Sən, halalı sevir və harama nifrət edirsən.1