205. İmam Əli (ə): Allahın elçisi (s) pullardan bir ovuc götürərək, Əbubəkrə verib, buyurdu: “Qızıma geyim və ona lazım olan ev əşyaları al." Salman Farsi və Bilala isə bu işdə Əbu Bəkrə aldığı şeyləri daşımaqda kömək etmələrini tapşırdı.
Əbubəkir deyir: Allahın peyğəmbərinin (s) mənə verdiyi pulun miqdarı altımış üç dirhəm idi. Mən bu pula bunları aldım: Misirin xəşy3 kətanından hazırlanmış, içi yunla dolu döşək, bir ədəd dəridən hazırlanmış süfrə, içi xurma lifi ilə doldurulmuş bir dəri balış, bir xeybər çadrası, bir su tuluğu, bir-neçə kuzə və dolça, bir aftafa, bir ədəd nazik yun pərdə aldım. Birlikdə onları Peyğəmbərin (s) yanına gətirdik. Bunları görən Allahın rəsulu (s) ağlamağa başladı. Göz yaşları üzündən aşağı süzülürdü. Sonra üzünü səmaya tutub, belə söylədi: İlahi! Qablarının çoxu saxsıdan olan bu qövmə (ailəyə), özün bərəkət ver.4
Dostları ilə paylaş: |