214. "Əs-Sünənül-kübra": Büreydənin nəql etdiyi, Əli (ə) və Fatimənin (ə) evlənməsi haqqında olan hədisə: ... Zifaf gecəsi (bəy gecəsi) Peyğəmbər (s) buyurdu: "Ey Əli! Szizin yanınıza gələnə qədər məni gözləyin."...
Sonra Peyğəmbər (s) su istədi, o su ilə dəstəmaz aldı. Ardınca ondan Əlinin başına səpdi. Və buyurdu: "İlahi! Bu iki nəfərə bərəkət əta et! Onlra (bu evliliyi) mübarək et. Övladlarını xoşbəxt et."2
215. "Əl-Möcəmül-kəbir": Əsma binti Üməys rəvayət edir: Fatiməni Əli ibn Əbu Talibin evinə aparanda, onun evində (xalça yerinə) otağa döşənmiş çınqıllardan, xurma lifindən doldurulmuş balışdan, bir ədəd su və qida maddələri saxlamaq üçün saxsı qabdan... başqa bir şey tapmadım.
Əsma dedi: Peyğəmbər(s) bir su qabı istədi və ona bir şeylər söyləyib üfürdü. Sonra bu sudan Əlinin üzünə və sinəsinə çəkdi. Sonra Fatiməni çağırdı. Fatimə Peyğəmbərin (s) yanına gəldi. Onun həya və utanncından ayaqları ətəyinə ilişirdi. Peyğəmbər (s) bu sudan Fatimənin üzərinə də, çilədi. Öz ürək sözlərini ona söylədi. Sonra buyurdu: "Mən səni tayfamın (mənim yanımda) ən sevimli şəxsinə ərə verməkdə səhlənkarlıq etmədim." Elə bu zaman həzrət, pərdənin arxasında bir kölgə gördü. Buyurdu: "Kimsən?"
Cavab verdi: "Əsmayam."
"Əsma binti Ümeys?"
Bəli, ey Allahın eçlisi!
"Allah rəsulunun xatirinə, onun qızını ötürməyəmi gəlmisən?"
Bəli. ( Gəlin köçən) qızın bəy gecəsi yanında bir qadın olmalıdır ki, onun nəyəsə ehtiyacı olduqda, yardım etsin.
Əsma rəvayət edir ki, Peyğəmbər (s) mənə dua etdi və bu dua mənim yanınma ən yaxşı (axirət) azuqəsidir. Allahın rəsulu (s) sonra Əliyə belə buyurdu: "İndi artıq yəhat yoldaşın sənin ixtiyarındadır."
Ardınca, otaqdan çıxıb, getdi. Onun Əli və Fatiməyə dua etməsi, gözdən itənə qədər eşidilirdi.1
6\9
Dostları ilə paylaş: |