Qurani-kərim: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!"1 Hədislər:
249. Allahın rəsulu (s): Bəndənin imanı artdıqca, qadınlara (həyat yoldaşına) məhəbbəti də çoxalar.2
250. İmam Sadiq (ə): İnsanın qəlbində qadının (həyat yoldaşının) məhəbbəti çoxaldıqca, imanı da artar.1
251. İmam Sadiq (ə): Bir şəxsin (həyat yoldaşına) məhəbbəti çoxalmadıqca, imanı gözəlləşməz.2
252. İmam Sadiq (ə): Qadınlara məhəbbət bəsləmək, onları sevmək peyğəmbərlərin əxlaqıdır.3
253. Allahın Rəsulu (s): Kişi qadınına "Mən səni sevirəm"- desə, bu söz heç vaxt onun qəlbindən silinməz.4
254. Allahın Rəsulu (s): Ey Həvla! Kişinin qadının boynunda olan haqqı budur ki, evində oturub, ona eşq-məhəbbət izhar etsin və ona qarşı xeyirxah, ürəkyandıran olsun.5
255. Allahın Rəsulu (s): Siz qadınların ən yaxşısı, övlad dünyaya gətirməyə qadir olan və mehriban olanınızdır.6
256. Allahın Rəsulu (s): Kişi qadının və qadın kişinin üzünə mehribanlıqla nəzər salsa, Allah-təala onların hər ikisinə mehribanlıq nəzəri salar. Onlar bir-birilərinin əllərini (məhəbbətlə) tutduqları zaman, günahları barmaqlarının arasından süzülüb-tökülər.1 2\1