269. Allahın rəsulu (s): İbn Məsuda tövsiyəsində: Ey Məsudun oğlu! Ailənə üyək yandırmağın, (ailənin qayğılarını çəkməyin), sənin Allaha itaətsizliyinə səbəb olmasın. Çünki Allah-təala buyurur: "Ey insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi bir gündən həzər edin.3"4
270. "Müsnədi-ibn Hənbəl":Abdullah rəvayət edir: Allahın elçisi (s) bizə qadın və sərvət düşkünü olmamağa əmr etdi.5
271. İmam Əli (ə): Səhabələirindən birinə müraciətlə: Heç vaxt zamanının çoxunu (ifrat həddə) qadın və uşaqlarına sərf etmə. Çünki, onlar Allahın dostudurlarsa, Allah-təala öz dostlarını naümid qoymaz. Əgər Allahın düşmənidirlərsə, nə üçün Allahın düşmənlərinin qəm-qüssəsini çəkəsən?1
272. İmam Baqir (ə): Ən pis atalar, məhəbbətdə ifrata varanlardır. Ən pis övladlar isə (atalarının müqabilində) məsuliyyətsizlikləri, onları itaətsizliyə sövq edənlərdir.2