360. İmam Əli (ə): Agah olun! Kim öz bədxasiyyət qadını ilə Allaha xatir səbirli və mərhəmətli davransa, Allah-Təala ona öz dərgahında şükür əhliin savabını verər.1
361. İmam Əli (ə): (Həzrətə nisbət verilən hikmətnamədə deyilir) Möminin cizyəsi2 mənzil icarə etməsi, onun əzabı isə həyat yoldaşının bədəxlaqlı olmasıdır.3
362. "Ehyayi-ülumiddin": (Peyğəmbərlərin (ə) rəvayətlərində) Bir dəstə insan Yunus peyğəmbərin (ə) hüzuruna gəldi. Həzrət Yunus (ə) onlara qonaqlıq verdi. O, tez-tez evə daxil olub-çıxırdı. Həyat yoldaşı onu incidir və itaətsizlik göstərirdi. Amma Yunus (s) heç bir şey söyləmirdi. Onlar peyğəmbərin bu hərəkətinə təəccübləndilər. Yunus (ə) buyurdu: Təəccüb etməyin. Çünki mən Allahdan xahiş etdim ki, axirət aləmində mənə əzab verəcəksənsə, məni bu dünyada ona düçar et.
Allah-təala buyurdu: "Sənin cəzan, filankəsin qızı ilə evlənib, ailə həyatı qurmandır." Mən də, onunla evləndim və (pis xasiyyətinə və bəd) əməllərinə dözürəm.4
17\2
Güzəşt
Dostları ilə paylaş: |