Hədislər:
388. İmam Sadiq (ə): Bu ayə nazil olduğu zaman; "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun." Bir müsəlman oturub, ağlamağa başladı. O, deyirdi: Mən özümü qoruya bilmirəm. İndi isə ailəmin məsuliyyəti də. Mənim üzərimə düşdü.
Allahın elçisi (s) buyurdu: "Sən özünə ərm etdiyini (əməl etdiyini), onlara da əmr etsən, özün çəkindiyin əməldən onları da çəkindirsən, kifayətdir."1
389. " Əd-Dürrül-mənsur": Zeyd ibn Səlim rəvayət edir: Allahın elçisi (s) bu ayəni oxudu: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun." Səhabələr dedilər: Ey Allahın elçisi! Biz ailəmizi necə oddan qoruyaq?
Buyurdu: "Onları Allahın razı olduğu əməllərə doğru səsləyin və Allahın razı olmadığı işlərdən çəkindirin."2
Dostları ilə paylaş: |