Hədislər:
400. İmam Əli (ə): Allahın rəsuluna (s) behişt müjdəsi verildikdən sonra, yenə də, (namaz və ibadətlərlə) özünü əziyyətə salırdı. Çünki Allah-təala ona buyurmuşdu: "Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et." Elə bu səbəbdən Peyğəmbər (s) ailəsinə namaz qılmağı əmr edirdi və özü də, ona səbirlə davam edirdi.3
401. Allahın rəsulu (s): Ailənizin yanına qayıdın. Onların yanında qalın, onlara elm öyrədin və əmrlər verin... Mənim namz qıldığım kimi, namaz qılın. Siz mənim necə namaz qıldığımı görürsünüz. Namaz vaxtı gəlib-çatdıqda sizlərdən bir nəfər azan desin və ən yaşlı olanınız pişnamaz (imam) olsun.1
402. Allahın rəsulu (s): Kim gecə yuxudan ayağa qalxsa, ailəsini də, oyatsa və hər ikisi birlikdə namaz qılsa, onlar, Allahı daha çox yad edən qadın və kişilərin sırasına daxil ediləcəklər.2
403. Allahın rəsulu (s): Allah, gecə yarısı ayağa qalxıb, namaz qılan kişidən razı olsun! Sonra ailəsini də, oyatsın və o da, namaz qılsın. Allah, gecə yarısı ayağa qalxıb, namaz qılan qadından razı olsun! Sonra həyat yoldaşını da, oyatsın və o da, namaz qılsın.3
404. İmam Sadiq (ə): Yaqub ibn Salimin, gecənin sonunda ayağa qalxıb, uca səslə Quran oxuyan kişi haqqında olan sualına cavab verərkən, buyurdu: "Kişi gecə namazına qıldığı zaman, elə səslə qılsın ki, ailəsi də onun namaz qıldığını eşitsin. Əgər ailəsi gecə namazı qılanlardandırsa, ayağa qalxıb, o da, namaz qıla bilsin. Yox, gecə namazı qılan deyilsə, (bu səs, ya əməl) ona da bir tərpəniş (ya həvəs) verə bilsin.4"5
4\3
Dostları ilə paylaş: |