Ailənizin hüququnu pozmayın
424. Allahın rəsulu (s): Ailəsinə əhəmmiyyət verməyən (məsuliyyətsiz davranan) şəxs, məlundur, məlundur!2
425. "Əl-Müstədrəkü-ələs-Səhiheyn": Cabir Xəyvani rəvayət edir: Ramazan ayının tamam olmasına iki gün qalmışdı. Mən Abdullah ibn Ömərin yanında idim. Şam şəhərindəki darğası (kahyası) onun yanına gəldi. Abdullah ona dedi: Ailəm üçün kifayət qədər məişət xərclərini ödəməyə azuqə (ya pul) qoymusanmı?
Dedi: Bir miqdar xərcləmək üçün pul qoymuşam.
Abdullah dedi: Səni and verirəm (Allaha), geri döndüyün zaman onlara kifayət qədər xərclik ver. Allahın rəsulunun (s) belə söylədiyini eşitdim: " Kişinin ailəsinə laqeydlik göstərməsi, məsuliyyətsiz yanaşması günahı (onun cəhənnəmə getməsinə) kifayətdir." 1
426. "Əl-Kafi": Cabir ibn Abdullah rəvayət edir: Peyğəmbər (s) buyurdu: "Sizin aranızda ən pis kişinin kim olduğunu deyimmi?"
Dedik: Bəli, ey Allahın rəsulu!
Buyurdu: " Sizin aranızda ən pis kişi, daim töhmət atan, dikbaş, acıdil, yeməyini (ailəsi və dostları ilə deyil) tək yeyən, simic, öz xidmətçisini (qulunu) döyən və ailəsini (təmin etmədiyi üçün) başqalarına möhtac buraxan şəxsdir."2
3\4
Dostları ilə paylaş: |