434. İmam Sadiq (ə): Kişiyə evini və ailəsini idarə etməkdə üç xislət lazımdır, hətta bu xüsusiyyətlər onda olmasa belə (onları özündə yaratmalıdır): Xoş rəftar, ifrat etmədən əliaçıq olmaq və namusunu qorumaq üçün qeyrət sahibi olmaq.3
435. Allahın rəsulu (s): Qadının ərinin boynundakı haqqı bundan ibarətdir ki; onu ac buraxmasın, geyim ilə təmin etsin və üzünə qaş-qabaqlı baxmasın (ona üzünü turşutmasın). Əgər bunlara riayət etsə, Allaha and olsun ki, onun haqqını əda etmişdir.1
436. "Əl-Kafi": Şəhab ibn Əbdür-rəbiə rəvayət edir: İmam Sadiqə (ə) dedim: Qadının kişinin boynunda hansı haqları var?
Buyurdu: "Onu ac buraxmasın, geyim ilə təmin etsin və üzünə qaş-qabaqlı baxmasın (ona üzünü turşutmasın). Əgər bunlara riayət etsə, Allaha and olsun ki, onun haqqını əda etmişdir."
Yağ necə?
"Günaşırı yağla təmin etsin."
Ət?
"Üç gündən bir. Ayda on dəfə. Bundan çox lazım deyil."
Rəng necə?
"Hər aytı ayda bir dəfə. İl boyu dörd dəfə ona yeni paltar almalıdır. İkisi yay, ikisi qış üçün. Evini daim üç şeylə təmin etsin: Baş yağı (jele və bunun kimi saç bəzəmək üçün məmulatlar), sirkə və yemək bişirmək üçüç yağ. Onların yeməyini "müdd"lə2 təyin etsin. Çünki mən də həm özümün və həm ailəmin yeməyini bununla ölçürəm. Ailəsinin hər üzvünün yeməyini təyin etsin. Onlar istəsə yeyər, istəsələr də, kiməsə bağışlayarlar. İstəsələr də, sədəqə verərlər. (Bu onların ixtiyarında olsun.) Ailəsini mövsüm meyvələri ilə təmin etsin. Bayram günlərində, adi günlərdə onlar üçün almadığı yemək məmulatları ilə daha çox hazırlasın.1
437. "Sünəni Əbi Davud": Müaviyə Qəşiri rəvayət edir: Peyğəmbərə (s) dedim: Ey Allahın elçisi! Biz ər-arvadların bir-birimizin boununda olan haqlarımız hansılardır?
Buyurdu: "Özün yedikdə, onu da yedir; özün geydikdə, onu da geydir. Ona şillə vurma və üzünü turşutma."2
438. İmam Sadiq (ə): Ər öz həyat yoldaşı ilə bağlı üç məsələyə diqqət yetirməlidir: Onunla yola getməlidir ki, bu vasitə ilə məhəbbət və sevgisini qazansın. Onunla xoşrəftar olmaqla, onun qəlbini oğurlamaqla, özünü onun gözündə ucaltsın. Bir də ki, məişət qayğılarını təmin etsin.3
439. "Əl-Kafi": İshaq ibn Əmmar rəvayət edir: İmam Sadiqdən (s) soruşdum: Qadının kişinin boynundakı haqqı nədir? Belə ki, onu riayət etməklə yaxşı əməl sahiblərindən sayılsın?
Buyurdu: "Onun yeməyini və geyimini təmin etsin. Nadanlıq etdikdə onu bağışlasın."
Sonra buyurdu: "Atamın həyat yoldaşlarından biri onu incidirdi. Amma atam onu bağışlayardı."4
440. "Müsnədi-şamiyyin": Ənəs ibn Malik rəvayət edir: Peyğəmbər (s) gecələr (namaz qılmaq və ibadət etmək üçün) ayağa qalxarkən, Quranı dodaqları arasında zümzümə edərdi. Bir formada ki, biz onun bir ayəni qurtarıb, o birisini başladığını anlayardıq.
Soruşdum: Ey Allahın elçisi! Nə üçün Quranı uca səslə oxumursan?
Buyurdu: "İstəmirəm ki, ailəm və dostlarımı yuxudan ayıldım."2
5\4
Dostları ilə paylaş: |