442. Allahın rəsulu (s): Ərin həyat yoldaşının boynunda olan haqqı budur ki; yatağını tərk etməsin, andını qəbul, onun əmirlərinə tabe olsun və onun icazəsi olmadan evdən bayıra çıxmasın. Ərinin xoşlamadığı şəxsləri evə buraxmasın.2
443. Allahın rəsulu (s): Allaha və qiyamət gününə inanan hər bir qadın, əri narazı olduğu halda, başqa insanları evinə daxil etməz. Ərinin razılığı olmadan evdən bayıra getməz. Onun necə rəftar etməsi barəsində başqalarının sözünə qulaq asmaz. Ərinin yatağından uzaq düşməz. Onunla rabitəni, əlaqəni kəsməz. Ərinə haqsızlıq etdiyi zaman, onun yanına gedib, ürəyini ələ alar. Həyat toldaşı onun üzrünü qəbul etsə, Allah da, onun üzrünü qəbul etmişdir. Artıq ona günah yqzılmaz. Amm əri onun üzrünü qəbul etməsə, qadın, Allah yanında üzürlü sayılar.3
444. Allahın rəsulu (s): Ey Həvla! Ərini qəzəbləndirdiyi zaman, onu xoşhal etmək, qadının vəzifəsidir. Onun üzünə qəzəblə baxmağa haqqı yoxdur... Həmçinin, əri ondan narazı qaldığı müddətdə Allah-təala da ondan narazıdır.1
445. İmam Baqir (ə): Allahın elçisi qurban bayramı günü bir erkək dəvəyə minərək, Mədinə şəhərinin arxa hissəsinə doğru yola düşdü. Yolda bir dəstə qadınla rastlaşdı. Dayanıb, onlara belə buyurdu: "Ey qadınlar, sədəqə verin və həyat yoldaşlarınıza itaət edin."2
6\4
Dostları ilə paylaş: |