471. Allahın rəsulu (s): Allah-təala sizlərdən birinə ruzi bəxş etdikdə, yardım etmək üçün ilk olaraq özünüzdən və ailənizdən başlayın.2
472. Allahın rəsulu (s): Yuxarıda qərar tutan əl, aşağıya əyilən əldən daha dəyərlidir.3 (Yardım etməyi) ilk olaraq ailəndən başla.4
473. Allahın rəsulu (s): Sizlərdən hər kim kasıbdırsa, (başqalarına deyil,) ilk olaraq özünə yardım etsin. Əgər artıq qalsa ailəsinə əl tutsun. Yenə də artıq qalsa, yaxınlarına və qohumlarına əl tutsun. Amma yenə də artıq qalsa, ona-buna (ehtiyaclı olan) yardım etsin.5