Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə135/282
tarix17.02.2022
ölçüsü2,04 Mb.
#114516
1   ...   131   132   133   134   135   136   137   138   ...   282

Ailənizə qarşı əliaçıq olun


477. Allahın rəsulu (s): Allah-təalanın ərşinin altındakı mələklərdən bir dəstəsinə ərm olunub ki; gün ərzində iki dəfə: Günəş çıxmadan öncə və qürub etmədən qabaq, belə haray çəkərlər: Ahay! Hər kim ailəsinə və qonşularına qarşı əliaçıq olsa, Allah-təala bu dünyada ona bərəkət verər. Ahay! Hər kim xəsislik etsə, Allah-təala qəbr evini ona dar edər. Ahay! Allah-təala ailəniz üçün xərclədiyiniz hər dirhəmin müqabilində, sizə yetmiş qintar2 əta edər. Bu qintarların çəkisi Ühüd dağı qədər olar.3

478. İmam Zeynül-abidin (ə): Sizlərdən hər kim ailəsini daha çox rifah və firavanlıqda yaşatsa, Allah-təala ondan daha çox razıdır.4

479. İmam Kazim (ə): Kişinin ailəsi, onun əsirləri kimidir. Hər kimə Allah-təala nemət (ruzi) əta etsə, öz ailəsini rifah və firavanlıq içərisində saxlasın. Çünki belə etməsə, tezliklə bu ruzi onun əlindən çıxar.1

480. İmam Rza (ə): Hər kimə Allah-təala nemət (ruzi) əta etsə, öz ailəsini rifah və firavanlıq içərisində saxlamalıdır.2

481. İmam Əli (ə): Gözəl xislət üç əməldədir: Haramlardan çəkinməkdə, Halal ruzi qazanmaqda və ailəyə qarşı əliaçıq olmaqda.3

482. "Əl-Kafi": Müəmmər ibn Xəllad, Əbülhəsəndən (ə) rəvayət edir: "Kişi ailəsini rifah içində saxlamalıdır ki, onun ölməsini arzu etməsinlər." Sonra bu ayəni oxudu: "Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər."4 Əsirdən məqsəd, kişinin ailəsidir. Kişinin neməti (ruzisi) artdıqda ailəsinə qarşı daha da əliaçıq olmalıdır."5
4\5

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin