518. Allahın rəsulu (s): "İnsan zəif yaradılmışdır."3 Yəni; cinsi əlaqəni (birdəfəlik) tərk etmək qüdrətinə malik deyil4.5
519. Allahın rəsulu (s): Sizlərin hər biriniz, öz həyat yoldaşınızla, gümə günləri yaxınlıq edə bilmitsinizmi? Əgər buna riayət etsəniz, iki savab qazanacaqsınız: Özünüzün və həyat yoldaşınızın qüsl almasının savablarını.1
520. "Əl-Kafi": İshaq ibn İbrahim Cufi rəvayət edir: İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim: Allahın elçisi (s) Ümm Sələmənin otağına daxil oldu. Burnuna gözəl qoxular, iylər gəldi. Buyurdu:"Həvla sənin yanına gəlmişdi?"
Ümm Sələmə dedi: Bəli. O, ərindən şikayət edir.
Elə bu zaman Həvla bayıra çıxıb, dedi: Atam-anam sənə qurban olsun! Ərim mənə qarşı etinasızdır.
Buyurdu: "Ey Həvla! Özünə daha çox fikir ver (qulluq göstər, əzin üçün bəzən)."
- Elə bir ətir qalmayıb ki, ondan istifadə etməyəm. Amma o, yenəd də, mənə qarşı etinasızdır.
- "Ey kaş, biləydi ki, sənə sarı üz gətirsə, (Allah dərgahında) necə mükafatlar (böyük savablar) ona nəsib olacaqdır?"
- Mənə sarı üz gətirməklə, o, hansı savabları qavanacaq?
-" Sənə üz gətirdiyi zaman, iki mələk onu ağuşuna alar. Ona Allah yolunda cihad edən şəxsin savabı əta olunar. Günahları, ağacın yarpaqları kimi yerə tğkülər. Qüsl etdiyi zaman, günahları yuyulub, təmizlənər."2
521. "Əl-Kafi": İshaq ibn Əmmar rəvayət edir: İmam Sadiqdən (ə) soruşdum ki; bir kişi həyat yoldaşı ilə səfərə çıxıb, amma orada su yoxdur. Onlar cinsi əlaqədə ola bilərlərmi?
Buyurdu: "Belə hərəkət emələrini bəyənmirəm, amma günaha düşmələrindən qorxsalar, eybi yoxdur."
- Ləzzət almaq niyyətilə olsa, şəhvətlərini kontrol edə bilməsələr necə?
- "Şəhvətini cilovlaya bilməyən şəxs, deməli, elə günaha düşməyindən qorxur."
- Ləzzət almaq məqsədilə olsa necə?
- "Halaldır."
- Peyğəmbərdən (s) rəvayət olunur ki; Əbuzər bu barədə soruşduqda, buyurdu: "Hər vaxt harama düçar olsan, günahkarsan. Halal yolla cinsi əlaqədə olsan isə savab qazanıasan."
- "Anlamadınmı ki, mən onun günaha düşməyindən qorxduğu zaman və ya halal yolla cinsi əlaqədə olmaq istədiyi vaxt mükafatlandırılacağını (savab qazanacağını) söylədim?"1
Dostları ilə paylaş: |