536. İmam Sadiq (ə): Üç qadın Peyğəmbərin (s) yanına gəldilər. Onlardan biri dedi: Mənim ərim ət yemir. O biri dedi: Mənim ərim də, xoş ətirlərdən uaq durur. Üçüncüsü dedi: Mənin ərim isə qadınlarla yaxınlıq etmir.
Peyğəmbər (s) əbasını çəkə-çəkə evdən bayıra çıxdı. Minbərə qalxaraq Allah həmd-sən oxuyub, buyurdu: Nə üçün bəzi səhabələrim ət yemir, xoş ətirlərdən üz çevirir və qadınlarla cinsi əlaqədə olmurlar? Bir halda ki, mən ət yeyirəm, xoş ətirlərdən istifadə edirəm və qadınlarla cinsi əlaqədə oluram. Kim mənim sünnəmdən (qoyduğum adətlərdən, davranış tərzimdən) üz çevirsə, məndəm deyil."2
Dostları ilə paylaş: |