Evlənməmək pislənişdir
34. Allahın rəsulu (s): Mənim ümmətimin ən yaxşıları, ailə quran şəxslərdir. Ən pisləri isə evlənməyənlərdir.1
35. Allahın rəsulu (s): Sizin ölülərinizin ən pisləri, (ömür boyu) ailə qurmayan şəxslərdir.2
36. Allahın rəsulu (s): Sizin ailə qurmayaraq dünyasını dəyişən yaxınlarınız, yenidən dünyaya gəlsələr, mütləq evlənərlər.3
37. Sünəni Səid ibn Mənsur: Əbu Nəcih rəvayət edir: Allahın elçisi (s) buyurdu: "Zavallıdır. Evlənməyən kişi, zavallıdır."
Soruşdular: Ey Allahın elçisi! Evlənməyə qadir olub, amma evlənməyən şəxslər də belədir?
Buyurdu: Bəli.
Sonra sözünə davam etdi: "Zavallıdır. Evlənməyən qadın, zavallıdır."
Soruşdular: Ey Allahın elçisi! Evlənməyə qadir olub, amma evlənməyən şəxslər də belədir?
Buyurdu: Bəli.4
38. Allahın rəsulu (s): Evlənmək imkanı olub, amma evlənmək istəməyən şəxs məndən deyil.5
39. Allahın rəsulu (s): Qadınlardan qaçan kişiyə, Allahın, mələklərin və insanların lənəti olsun! Yəhya ibn Zəkəriyyadan başqa heç kimə evlənməmək caiz sayılmadı.1
40. Allahın rəsulu (s): İslamda evlilikdən qaçmaq caiz deyildir.2
41. "Əl-Müsənnəf": Şəddad ibn Əvs rəvayət edir: Məni evləndirin. Çünki Allahın peyğəmbəri (s) mənə evlənmədən, Allahın görüşünə (o biri dünyaya) getməməyi tapşırdı.3
42. İmam Kazim (ə): Bir kişi atam Cəfərin (ə) yanına gəldi. Atam ondan soruşdu: Evlisən?
Cavab verdi: Xeyir.
Buyurdu: Dünya və onda olanların hamısı mənim olsa belə, bircə gecə həyat yoldaşımsız sübh etmək istəmərəm.4
Dostları ilə paylaş: |