580. Allahın rəsulu (s): Cəbrayıl mənim yanıma gəlib, dedi: "Ey Məhəmməd!... De: İlahi! Ey əzəmətli nurun sahibi! Ey möhtəşəm kürsünün maliki!... Dostlarına və sənə itaət edənlərə bəxş etdiyin kimi, mənə də, (lütf və mərhəmət) əta et!Çünki mən də sənə iman gətirmişəm və sənə təvəkkül edirəm. Sənin dərgahına tövbə edirəm və qayıdış sənə doğrudur. Bütün yaxşılıqları mənə, həyat yoldaşıma və övladıma qismət et. Bütün pislikləri məndən, həyat yoldaşımdan və övladımdan uzaq tut. Sən mehriban və bəndələrinə nəvaziş göstərənsən. Sən yerləri və göyləri yenidən yaradansan."3