Hədislər:
585. Allahın rəsulu (s): Ata övladı üçün dua etsə, sanki əli ilə təhvil alar. (Həmin an qəbul olar.)5
586. Allahın rəsulu (s): Bir şəxs öz valıdeynləri ilə pis davranır. Amma onlar dünyadan gedəndən sonra (səmimi qəlbdən peşman olaraq,) ata-anası üçün dua edir. Onu(n bu işini Tanrı dərgahında) valideynlərinə qarşı yaxşılıq etmiş kimi qələmə alarlar.2
587. Allahın rəsulu (s): Allah-təala (qiyamət günü) bəndəni(n məqamını) bir dərəcə yuxarı qaldırdıqda, o, soruşar: İlahi! Bu məqam nə üçün mənə əta olundu?
Allah-təala buyurar: "Övladının sənin haqqında etdiyi duaya görə."3
Dostları ilə paylaş: |