588. Allahın rəsulu (s): Allah-təala behiştdə öz saleh əməlli bəndəsinin məqamını bir dərəcə ucaldar. Bəndə deyər: İlahi! Bu məqam nə üçün mənə əta olundu?
Allah-təala buyurar: "Övladının sənin haqqında etdiyi bağışlanma duasına görə."4
589. "Məhcüd-dəəvat":Həzrət Yusifin (ə) çətinliyə düşdüyü zaman zikr etdiyi dua: Ey çarəsizlərə rəhm edən! Ey danışanların durisini verən! Ey aləmlərin Rəbbi!... Ey günahları bağışlayan! Ey gizlinlərdən xəbərdar olan! Ey eyibləri örtən! Səndən diləyim budur ki, Məhəmmədə və onun Əhli-beytinə öz salamlarını göndərəsən! Məni və ata-anamı bağışlayasan. Bizim (əməllərimiz) haqda bildiklərini əfv edəsən. Sən tükənməz qüdrət və ailicənablıq sahibisən.1