Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə175/282
tarix17.02.2022
ölçüsü2,04 Mb.
#114516
1   ...   171   172   173   174   175   176   177   178   ...   282
590. İmam Zeynül-abidin (ə): İlahi! Muhəmmədə qulun və peyğəmbərinə, pak ailəsinə salam yetir, özümün ən üstün rəhmətini bərəkətini, və salamını onlara məxsus et.

İlahi! Ata-anama da öz yanından kəramətinlə salam and et, ey rəhm edənlərin rəhm edəni! və hüquqlarından bilməyimə lazım olan şeyləri mənə ilham et, vacib işlərdən hamısını məndən ilham et, sonra ilham etdiyin şeylərdə məni işə yönəlt, yardım et ki, anlatdığın şeyləri həyata keçirim ki, tə’lim etdiyin şeyi görək əlimdən çıxmasın, bədənimdə görəcəyim işi yerinə yetirdikdə ağırlaşmasın.

İlahi! Muhəmməd və onun soyuna salam yetir və onun vücudu ilə bizə ucalıq verdiyin kimi Muhəmməd və onun soyuna salam yetir, O Həzrətin səbəbi ilə insanların üzərinə bizdən bir haqq qoyduğun kimi Muhəmməd və onun soyuna salam yetir.

İlahi! Elə et ki, ata-anamın heybətindən qüd-rətli sultanın heybətindən qorxduğum kimi qorxum və hər ikisinə mehriban ana kimi yaxşılıq nəzə-rimdə sözlərini yuxu tutanın yuxusundan şirin olsun, susuz olana verilən şərbətdən ləzzətli olsun ki, onların istəklərini öz istəklərimdən üstün tutum, o ikisinin şadlığını öz şadlığım-dan irəlidə qərar verim, onların mənə etdikləri yaxşılıqlarını az olsa da çox, olsa da az bilim.

İlahi! Onların huzurunda səsimi mülayim et, dediklərimi qəlblərinə yatan qərar ver, onlara qarşı xasiyyətimə yumşaqlıq ver, qəlbimi hər ikisinə mehriban et, onların hər ikisinə qarşı məni ürəyi yanan, xoş rəftar et.

İlahi! hər ikisinə məni tərbiyə etdikləri üçün gözəl mükafat ver, məni əziz tutduqları üçün on-lara yaxşı əcr nəsib et, uşaqlıqda mənə qarşı etdikləri məqsədlərini onların haqqında yerinə yetir.

İlahi! əgər mənim tərəfimdən onlara bir əziyyət yetmişsə, yaxud məndən xoşagəlməz bir iş görmüşlərsə, ya da mənim vasitəmlə onların haqqından bir şey aradan getmişsə, bütün bunların hamısını onların günahla-rından pak olmasına, məqamlarının yüksəlməsinə və yaxşılıqlarının çoxalmasına səbəb qərar ver, ey pislikləri bir neçə qat yaxşılıqlara çevirən.

İlahi! əgər mənimlə danışıqda ölçüdən kənara çıxmış, yaxud bir işdə mənə qarşı həddi aşmış, ya da bir haqqımı zay etişlərsə, yaxud mənə qarşı ata-analıq vəzifələrində səhlənkar-lıq göstərmişlərsə öz haqqımı onlara bağışla-dım, onu onlara bəxşiş etdim və səndənistəyirəm ki, onun çətinliyini onların çiynindən götür, çünki mən özümə qarşı onları səhlənkarlıqda müttəhim etmirəm, öz barəmdə mehribançılıqda onları səhlənkar bilmirəm, haqqımda etdiklə-rindən narazı deyiləm, ey mənim Rəbbim, çünki onların haqqını riayət etmək mənə daha vacibdir, yaxşılıqları mənə daha çoxdur, mənə olan minnətləri daha çoxdur;

İlahi! əgər belə etsəm, uzun müddət mənim tərbiyəmdə keçirdiyi günlər, məni saxlamaqda çəkdikləri ağır zəhmətlər, mənim yaşayışım rahat olsun deyə özlərini çətinliklərə salmaları nə cür olacaq? Şübhəsiz ki, öz haqqlarını məndən geri ala bilməzlər, mən onların üzərimdəki haqlarımı tədarük edə bilmərəm, xidmət vəzifəmi yerinə yetirməkdən acizəm, belə isə Muhəmməd və onun soyuna salam yetir və yardım istənilənlərin ən yaxşısı, mənə yardım göstər, ey üz tutanların ən gözəl hidayətçisi, məni Qiyamət günündə ağ valideynlərdən qərar vermə .

İlahi! Muhəmməd və onun soyuna və nəslinə salam yetir və ata-anama saleh imanlı bəndələrindən nəsib etdiyin ən gözəl şey nəsib et, ey rəhm edənlərin rəhm edəni!

İnan, onları namazımdan sonra, hər saat hər anda yadımdan çıxarma.

İlahi! Muhəmməd və onun soyuna salam yetir və onlara etdiyim duanın bərəkəti ilə məni əfv et, mənə etdikləri yaxşılıqlara görə o ikisinə rəhm et, mənə göstərdikləri şəfaətə görə onlardan razı qal, öz kərəminlə onları mənzil başına sağ-salamat çatdır. İlahi! əgər ata-anamı məndən öncə əfv etmisənsə, mənə onların şəfaətini nəsib et, əgər məni onlardan öncə bağışlamısansa, məni onların şəfaətçisi qərar ver ki, mehribançılığın əhatəsində kəramət yurdunda,məğfirət və rəhmət məskənində bir yerə toplaşaq, çünki sən lütfkarsan, rəhm edənlərin rəhm edənisən!1


3\7

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin