592. İmam Baqir (ə): Həzrət Adəm (ə) Kəbəni tikib, onun ətrafında təvaf etməyə başladı. O, belə dua edirdi: "İlahi! Hər fəhlənin bir zəhmət haqqı vardır. İlahi! Mən də (Kəbəni tikərək) zəhmət çəkdim."
Ona buyuruldu: (Nə istəyirsən?) Söylə, ey Adəm!
Dedi: "İlahi! Günahlarımı bağışla."
Allah-təala buyurdu: "Ey Adəm! Günahlarını bağışladım."
Adəm dedi: "Mənim övladlarımı və nəsilim də bağışla."
Allah-təala buyurdu: EyAdəm! Sənin nəslindən hər kim buraya gələrək, sənin kimi öz günahlarına etiraf etsə, onu da, bağışlayaram."2
Dostları ilə paylaş: |