597. Allahın rəsulu (s): Övladlarınıza qarğış etməyin. Çünki bir zaman (nifrininiz) onları tuta bilər.1
598. Allahın rəsulu (s): Özünüzə qarğış etməyin. Övladlarınıza qarğış etməyin. Çünki Allah-təalanın duaları qəbul etdiyi zaman rast gələ nilər.2
599. Allahın rəsulu (s):Pis əməl sahibi olsalar da, övadlarınızın ölümünü arzulamayın. Çünki bunula belə. Onların gələcəyi üç halda, şəkildə ola bilər: Ya tövbə edərlər və Allah-təala onların tövbələrini qəbul edər. Ya da onların vasitəsilə xətərləriniz dəf olar: Düşmənlə vuruşarlar və ya bir odu söndürərlər, selin qabağını alarlar.3
600. İmam Sadiq (ə): Valideyn övladına qarğış etsə, Allah-təala onları fəqirliyə, kasıblığa düçar edər.4