2- Əri səfərdə olduğu zaman onun malını mühafizə etmək
Qadının ikinci vəzifəsi budur ki, əri səfərdə olduğu zaman onun malını mühafizə etsin. QuraniKərim ləyaqətli qadınları belə vəsf edir: "Əməlisaleh qadınlar (ərlərinə) itaətkardırdılar, Allahın (onları) hifz etməsi müqabilində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, ərlərinin və özlərinin namusunu, şərəfini) qoruyub saxlayırlar."1
Bu kəlam, bündan öncə zikr olunmuş ayənin davamında buyurulub və qadının ikici vəzifəsi haqdadır. Ayədə ləyaqətli qadınların öz ərlərinin ailədəki müdiriyyətini qəbul etməsi, ailə nizam-intizamını gözləməsi, təkcə ərinin yanında olduğu zaman deyil, olmadığı vaxtlar da, öz iffətini, ailənin mal-mülkünü, sirlərini və şərəfini qoruyub saxlamasına işarə olunur. Onlar Allah-təalanın qadınlara təyin etdiyi hüquqların müqabilində öz vəzifələrinin öhdəsindən gəlməyə çalışır və heç bir zaman həyat yoldaşlarına xəyanət etmirlər. Necə ki, Həzrət Məhəmməd (s) buyurur: "Kişinin qadının boynunda olan haqqı budur ki, onun evində yaşasın. Həyat yoldaşına məhəbət, eşq və şəfqət bəsləsin. Onu qəzəbləndirməsin. Ərinin razılığını ələ gətirmək üçün çalışsın. Onunla bağladığı əhdi-peymana sadiq qalsın. Onunla əsəbi davranmasın. Övladlarında kimisə ona şərik qərar verməsin. Ona xəyanət etməsin və incitməsin. Ərinin yanında və o, evdə olmadığı zaman malına xəyanət etməsin."2
Dostları ilə paylaş: |