Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov


Əxlaqı və ictimai azğınlıqların qarşısını alır



Yüklə 2,04 Mb.
səhifə21/282
tarix17.02.2022
ölçüsü2,04 Mb.
#114516
1   ...   17   18   19   20   21   22   23   24   ...   282

Əxlaqı və ictimai azğınlıqların qarşısını alır


هُنَّ لِباسٌ لَكُمْ وَ أَنْتُمْ لِباسٌ لَهُنّ -

ً- وَ لِباسُ التَّقْوى‏ ذلِكَ خَيْرٌ



Qurani-kərim:

- Onlar sizin, siz də onların libasısınız (bir-birinizə həddindən artıq yaxınsınız).3

- Və təqva libası daha yaxşıdır (xeyirlidir).4
Hədislər:

52. Allahın rəsulu (s): Elə bir cavan yoxdur ki, o, ailə qurduğu zaman şeytan fəryad çəkərək belə söyləməsin: "Vay mənim halıma! Vay mənim halıma! Dininin üçdə iki hissəsini artıq mənin fitnə-fəsadımdan qorudu." Deməli bəndə dininin qalan hissəsini ilahi təqva ilə qorumalıdır.1

53. Allahın rəsulu (s): Ey cavanlar! Aranızda hər kimin evlənməyə qüdrəti çatırsa, evlənsin. Çünki evlənmək gözü harama baxmaqdan daha çox saxlayar və insanı abırlı, heysiyyətli edər. Hər kimin evlənməyə qüdrəti çatmırsa, oruc tutsun. Çünki oruc tutmaq şəhvəti azaldar.2

54. "Əl-Kafi": Kəlib ibn Müaviyə Əsədi, İmam Sadiqdən (ə) belə rəvayət edir: Allahın rəsulu (s) buyurdu: "Kim evlənsə, dininin yarısını qoruyub saxlamışdır."3

Başqa bir hədisdə isə artırılır: " Və qalan hissəsini isə ilahi təqva ilə qoruyub saxlamalıdır."4



55. Allahın rəsulu (s): Hər kim ailə qursa, dininin yarısını qazanar, qalan yarısını isə ilahi təqva ilə əldə edə bilər.5

56. Allahın rəsulu (s): Allah-təala hər kimə ləyaqətli qadın qismət etsə, ona dininin yarısını qorumaqda kömək etmişdir. Bununla belə qalan yarısını ilahi təqva ilə irəliləməlidir.1

57. Allahın rəsulu (s): İnsan bu üç məqsədlə borc alsa və onu ödəyə bilmədən ölsə, Allah-təala (sanki) onun borcunu ödəməyi öz öhdəsinə alar... (Onlardan biri də,) günah işlətməkdən qorxduğu üçün borc alaraq ailə quran, özünü günahdan qoruyan, amma dünyasını dəyişdiyi üçün onu ödəyə bilməyən şəxsdir.2

58. İmam Sadiq (ə): Allah-təala öz Peyğəmbərinə (s) lazım olan hər bir şeyi öyrətmişdir. Onlardan da biri budur ki; Peyğəmbərimiz günlərin bir günü minbərə qalxaraq ilahi həmd-sənadan sonra xalqa belə buyurdu: "Ey insanlar! Mərhəmətli və elm sahibi olan Tanrı tərəfindən gələn Cəbrayıl mənim yanıma gəlib, belə söylədi: Yeniyetmə (həddi-büluğa çatmış) qızlar ağacların meyvələrinə bənzəyirlər, yetişdikləri zaman dərilməzlərsə, günəşin şüaları onları xarab edəcək və küləklər onları pərən-pərən salacaq. Yeniyetmə (həədi-büluğa çatmış) qızlar da belədirlər. Onlar həddi-büluğa çatdıqları zaman evlənməkdən başqa dərmanları yoxdur. Yoxsa fitnə-fəsaddan amanda qalmayacaqlar. Çünki onlar da bəşər övladlarıdır.3
4\2

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin