616. Allahın rəsulu (s): Agah olun! Allah və peyğəmbəri (s), qadınının xülu təlaq tələb etməsi məqsədilə, ona əziyyət verən kişiyə nifrət edir.2
617. Allahın rəsulu (s): Kim qadınını incitsə və qadını ondan canını qurtarmaq üçün xüli təlaq tələb etsə, Allah-təala onun ərinə cəhənnəm odundan daha az cəza təyin etməz. Çünki Allah-təala, adına zülm olunduğunda, yetimə zülm onunan zaman qəzəbləndiyi kimi qəzəblənər.1
618. "Məkarimül-əxlaq": Allahın elçisi (s) buyurdu: "Mənim ümmətimin ən yaxşı kişiləri, öz ailəsinə əl uzatmayan (döyməyən), onlarla mehriban olan və onlara zülm etməyən kişilərdir."2
620. İmam Əli (ə): İmam Həsənə (ə) tövsiyələrində: Elə rəfatar etmə ki, ailən sənin (pis əxlaqın) ucbatından, insanların ən bədrəftalısına çevirilsin!4
621. İmam Əli (ə): Elə rəfatar etmə ki, ailən və dostların sənin (pis əxlaqın) ucbatından, insanların ən bədrəftalısına çevirilsinlər!5
622. İmam Əli (ə): Qadınlar, ərlərinin evində öz mənfəətlərinə və zərərlərinə seçim etmək iqtidarına malik deyildirlər. Onlar, Allahın sizin yanınızdakı əmanətləridir. Onları hey danlamayın, onlarla pis davranmayın.1