623. Allahın rəsulu (s): Allah-təala, (qiyamət günü) Malikə (cəhənnəmin qaravulçusuna) əmr edər ki, həyat yoldaşına bir şillə vuran kişiyə, yetmiş şillə vursun. Hər bir müsəlman kişi müsəlman qadının saçının hər bir telinə toxunsa, əli cəhənnəm odundan hazırlanmış mismarlarla mıxlanar.2
624. Allahın rəsulu (s): Kim həyat yoldaşını nahaq yerə vursa, qiyamət günü, onun şikayətçisi mən olacağam. Həyat yoldaşlarınızı döyməyin. Çünki, kim onları nahaq yerə kötəkləsə, Allahdan və peyğəmbərinə itaətsizlik edibdir.3
625. Allahın rəsulu (s): Mən döyülməyə daha çox layiq olan kişinin arvadını döyməsinə təəccüb edirəm! Qadınlarınızı çubuqla kötəkləməyin! Bu əməlin (şəriət hökmlərində) qisası var.4
626. Allahın rəsulu (s): Szilərdən hər biriniz, qadınınızı kölələr kimi döyməkdən xəcalət çəkmir? Günün başlanğıcında onu döyür, amma gecə olduqda onunla bir yastığa baş qoyursunuz! Utanmırsınızmı?5
627. Allahın rəsulu (s): Kişinin boyun damarlarını şişirdərək, çarəsiz qadınının başı üzərində dayanıb, onu kötəkləməsini görməyə nifrət edirəm.1
628. "Ət-Təbəqatül-kübra": Əyyub rəvayət edir: Əri tərəfindən möhkəm şəkildə döyülmüş bir qadın, Peyğəmbərin (s) yanına gəldi. Allahın rəsulu (s) ayağa qalxıb, bu işə öz etrazını bildirərək, buyurdu: "Həmişə, sizlərdən kimsə öz qadınını kölələr kimi döyür, sonra isə (gecə) xəcalət çəkmədən onunla cinsi əlaqədə olur.2 3\2