Təhqir etmək
633. Allahın rəsulu (s): Kim bu üç nəfəri əskik bilib, təhqir etsə, üş neməti əldən vermiş sayılır: Kim ailimləri əskik saysa, dinini əldən verər..; kim qohumlarını əskik saysa, kişiliyini, mərdliyini əldən verər və kim ailəsini əskik saysa, xoş həyatdan məhrum olar.2
5\2
Nifrət etmək
634. "Səhihi-Müslim": Allahın rəsulu (s) buyurur: Heç mömin kişi, mömin qadına nifrət etməz. Əgər qadınının bir xüsusiyyətini bəyənməsə, onun başqa bir xüsusiyyətini bəyənər.3
6\2
Simiclik
635. Allahın rəsulu (s): Allah-təalanın yanında ən mənfur insan, ailəsinə (pul xərcləməkdə) simiclik edəndir.4
636. Allahın rəsulu (s): İnsanların ən pisi, ailəsini ehtiyac içərisində saxlayandır.5
7\2
Əsassız yerə zinakar adlandırmaq
636. Allahın rəsulu (s): Kim öz qadınına töhmət ataraq, zinakarlıq nisbəti versə, ilan öz dərisindən çıxdığı kimi, yaxşı əməlləri(nin savabı) onu tərk edər. Bədəninin hər tükünə min günah yazılar.2
636. Allahın rəsulu (s): Kim öz qadınına töhmət ataraq, zinakarlıq nisbəti versə, (allahın) lənəti onun üzərinə çökər və (günahını yumaq üçün) verdiyi heç bir fidyə və məbləğ ondan qəbul edilməz.3
639. "Cameül-əxbar": Allahın elçisi (s) buyurdu: "Yalnız, Allahın lənətinə tuş gələn şəxs, öz qadınına töhmət ataraq, zinakarlıq nisbəti verər. Yalnız, münafiq, öz qadınına töhmət ataraq, zinakarlıq nisbəti verər. Çünki, töhmət ataraq, zinakarlıq nisbəti vermək kifr sayılır. Küfrün yeri də, (cəhənnəm) odudur. Həyat yoldaşlarınıza töhmət atıb, zinakar olduğunu söyləməyin. Çünki onlara belə töhmət atağın sonu uzun-uzadı peşimançılıq və ağır cəzadır.4
8\2
Dostları ilə paylaş: |