640. İmam Əli (ə): Bir şeyin viran olmasının səbəbi, tədbirsizlikdir.1
641. İmam Əli (ə): Pis tədbirli olan şəxsin məhvi tezləşər.2
642. İmam Əli (ə): Həyatın bəlası, tədbirsizlikdir.3
643. İmam Əli (ə): Pis tədbirli insanın tədbiri, onun axırına çıxar.4
644. İmam Əli (ə): Dörd şey həyata arxa çevirməkdir: tədbirsizlik, israfkarlıq, ibrət almamaq və çox üzr istəmək.5 9\2
Şorgözlük
645. Allahın rəsulu (s): Qadınlara əsaslı səbəb olmadan təlaq verməyin. Çünki Allah-təala, müxtəlif zövqləri dadmağa adət edən kişi və qadınları sevmir.1
646. "Əl-Kafi": Səd ibn Tərif İmam Baqirin (ə) vasitəsilə rəvayət edir: Allahın elçisi (s) bir kişi ilə rastlaşdı. Soruşdu: "Ailən necədir?"