662. Allahın rəsulu (s): Allah-təala ailə xərclərində ərinə çətinlik yaradan və onu qüdrəti çatmayan işlərə məcbur edən qadının tövbəsini, sədəqəsini qəbul etməz. Yalnız tövbə edib, doğru yola dönsə və ərinin gücü çatdığı miqdarda ondan (xərclik) tələb etsə, bağışlanar.1
663. Allahın rəsulu (s): Hər kimin həyat yoldaşı, onunla yola getməsə, Allahın ərinə verdiyi ruziyə qane olmasa və ona çətinliklər yaratsa, Allah-təala onu oddan saxlaya bilən heç bir yaxşı əməlini qəbul etməz. O, belə davrandıqca, Allah ona qəzəblənər.2
664. Allahın rəsulu (s): (Ailə xərclərində) ərini qüdrəti çatmayan işlərə məcbur etmək və yaxud, Tanrı bəndələrindən birinin yanında, istər özününkü olsun, istərsə də, özgəsi, ondan gileylənmək qadına caiz deyildir.3
665. Allahın rəsulu (s): Agah olun! Əri ilə yola getməyən və onu qüdrəti çatmayan işlərə məcbur edən qadının (Tanrı dərgahında) heç bir yaxşı işi qəbul olunmaz. (Qiyamət günü) Allah-təalanın hüzuruna getdiyi zaman , Onu qəzəbli görər.4 5\3