673. İmam Sadiq (ə): Evlənin və boşanmayın. Çünki Allah-təala, tez-tez evlənib, boşanan kişi və qadınları sevmir.3
674. Allahın rəsulu (s): "Sәbәbsiz yerə әrindәn bоşаnmаq istәyәn qаdınа behiştin iyi hаrаmdır."4
675. Allahın rəsulu (s): Səbəbsiz yerə qadınlarınızı boşamayın. Allah-təala, tez-tez evlənib, boşanan kişi və qadınları sevmir.5 9\3
Xəyanət
676. Allahın rəsulu (s): Həzrət Əliyə (ə) tövsiyələrinin birində buyurur: Ey Əli! Dörd şey, insanın belini sındırar: ... Əri ilə birlikdə yaşayıb, ona xəyanət edən qadın.1
677. Allahın rəsulu (s): Dörd şey, insanın belini sındırar: ... Səninlə birgə yaşayıb, səni incidərək, sən olmadığın zaman xəyanət edən qadın.2
678. Allahın rəsulu (s): Üç şey, insanın belini sındırar: ... Birlikdə olduğun zaman səni sevindirməyən və sən olmadığın zaman xəyanət etməyəcəyindən asudə xatir olmadığın qadın.3
679. Allahın rəsulu (s): Üç şey bədbəxtlik və üç şey xoşbəxtlik nişanəsidir: ... Bədbəxtliyin nişanələri isə bunlardır: Gördüyün zaman səni narahat edən, dili ilə səni sancan və sən olmadığın zaman xəyanət etməyəcəyindən asudə xatir olmadığın qadın.4
680. İmam Züynül-abidin (ə): Həyat yoldaşını sevdiyi halda, qadınının ona xəyanət etməsi, kişinin bədbəxtliyindən sayılır.5