Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə232/282
tarix17.02.2022
ölçüsü2,04 Mb.
#114516
1   ...   228   229   230   231   232   233   234   235   ...   282

a. Ümumi təhlükələr


Burada söhbət açacağımız təhlükələr, demək olar ki, kişi ya qadının rəftarlarından qaynaqlanmır. Ata-ana və başqa şəxslərin düzgün olmayan davranışları nəticəsində meydana çıxır. Amma bəzən ər-arvad da, bu afətlərin yaranmasında müəyyən qədər rol oynaya bilər. Bu təhlükələr aşağıdakılardan ibarətdir:

1- Məcburi evlilik


Möhkəm ailə təməllərinin qoyulmasında ən mühüm amil, qız və oğlanın öz gələcək həyat yoldaşlarını seçməkdə azad olmaları, həmçinin bu barədə heç bir məcburiyyətin olamamasıdır. Allahın rəsulundan (ə) rəvayət olunan bu hədis də, elə ər-arvadın ünsiyyət qurmaları və ixtilafa düçar olmalmarının psixoloji amillərinə işarə edir: "Ruhlar, sanki hazırlanmış (təlim keçmiş) qoşunlar kimidir. Onların hansı digəri ilə (öncədən) tanış olmuş olsa, ünsiyyət tutar. Olmasa isə ünsiyyət tutmaz və aralarında ixtilaf yaranar."1

Elə buna görə də, məcburi evlilik uzunömürlü olmaz. Koleyni yazır ki; İbn Əbu Yəfur adlı bir şəxs, İmam Sadiqdən (ə) soruşur: Mən bir qadınla ailə qurmaq istəyirəm, amma valideynlərim başqa birsi ilə evlənməyimi istəyirlər.

İmam Sadiq (ə) buyurdu: "Ata-ananın istədiyi şəxslə deyil, sevdiyin şəxslə evlən."2

Cabir ibn Abdullah Ənsarinin nəql etdiyi başqa bir rəvayətdə isə oxuyuruq ki; bir kişi Peyğənbərin (s) yanına gəlib, dedi: Ey Allahın rəsulu! Mənim himayəmdə bir yetim qız var. Ona iki nəfər elçi gəlib. Biri varlı, o biri isə kasıbdır. Bir qızın varılya ərə vermək niyyətindəyik. Amma o, kasıbla evlənmək istəyir. (Nə edək?)

Allahın elçisi (s) buyurdu: "Bir-birilərinə könül vermiş iki aşıqın dərmanı, yalnız onların birlikdə ailə qurmasıdır."1

Bu rəvayətdə, Allahın elçisi (s) hər iki tərəfin (qız-oğlan) gələcək həyat yoldaşlarını seçməkdə azad olduqlarını açıq-aşkar bəyan edir. Həmçinin, var-dövlətin, iki çəxsin arasında mövcud olan məhəbbəti, sevgini əvəz etmədiyini vurğulayır.

İctimaiyyatşünaslar hələ qədim zamanlarda, məcburi evliliyi ailənin dağılma amillərindən və ailədaxili ixtilaflara bir səbəb kimi göstərmişlər. Bəziləri bu cür evlilikləri, valideynlərin öz qızlarını qul kimi satmasına bənzətmişlər.

Unutmaq lazım deyildir ki, ata-ananın öz övladlarına uyğun həyat yoldaşının seçimi haqda yol göstərməsi, olduqca zəruri və lazımdır. Cavanlar bilməlidirlər ki, ailə qurduqları zaman valideynlərinin məsləhətlərindən bəhrələnməyə ehtiyaclıdırlar. Hərçənd, son qərar onlara (evlənən şəxslərə) məxsusdur. Valideynləri deyil, məhz onlar öz gələcək ömür-gün yoldaşlarını seçməlidirlər!





Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin