2- Ağır mehriyyə
Mehryyənin (dinimizdə tövsiyə edilməsinə səbəb,) qadın-kişi əlaqələrinin tənzimlənməsi və onların bir-birilərinə daha çox bağlanmasına şərait yaradılmasından ibarətdir. Mehriyyə, yaranışda qadın və kişinin (gələcək həyatdakı) rolunun fəqli yöntəmlərdə icra olunacağı səbəbilə meydana çıxmışdır. Kişi hissiyyat və duyğularənda qadından zəifdir. Bu xüsusiyyət qadına daim kişinin arxasınca getməməyi və ona tez təslim olmamaq qüdrətini verir. Əksinə, kişini məcbur edir ki, qadına ehtiyaclı olduğunu izhar etsin və onun razılığını ələ gətirmək üçün çalışsın. Elə bu yöndə atdığı addımlardan biri də, onun razılığını cəlb etmək və ona hörmət əlaməti olaraq, hədiyyə verməkdən barətdir.
Mehriyyə, qadının həyası və iffəti ilə eyni bünövrəyə malikdir. Qadın fitri duyğularla anlayır ki, onun izzəti və şərəfi, özünü asanlıqla kişinin ixtiyarına verməməyi tələb edir. (Yəni bu dəyərli gövhərin məhəbbətini qazanmaq üçün kişi, malından keçməyi də, bacarmalıdır.) Qurani-kərim son dərəcə zəriflik və incəliklə buyurur: "Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin!"1
Bu qısa ayədə üç əsas nöktəyə diqqət çəkilir: Birinci, Mehriyyə "səduqə" adlandırılmışdır. "Səduqə" sözünün kökü, "sedq" kəliməsindən tutulmuşdur. Bu da, sədaqəti və (qadına qarşı olan) istəyin, meylin həqiqi olmasının nişanəsi deməkdir.
İkinci, "hunnə" şəxs əvzliyinin, "səduqat"a birləşdirilməsi, mehriyyənin birbaşa qadına aid olduğunu, ata-anasının deyil, onun malı olmasını yetirir. Deməli, mehriyyə, süd pulu deyildir.
Üçüncü, "nihlə" kəlməsi, mehriyyənin yalnız kişinin qadına verdiyi bir hədiyyə və bəxşiş olduğunu bəyan edir.
Ailələrin dağılma səbəblərini araşdırarkən diqqət edilməsi lazım olan məsələlərdən biri də, mehriyyənin miqdarının onun hikməti ilə ziddiyyət təşkil etməməsidir. Əgər belə olmazsa, deməli, ailə möhkəm bünövrə üzərində qurulmamışdır.1
Mehriyyə, alver və girov məqsədli deyil, həqiqətən də, hədiyyə ünvanını zehində yarada bilmək qabiliyyətinə malik olan formada həyata keçirilməlidir. Elə buna görə də, hədislərimizdə mehriyyənin ağırlığı, qadının bədbəxtliyi, amma yüngüllüyü isə onun bərəkəti kimi ifadə olunmuşdur. Allahın elçisi (s) buyurur: "Ən yaxşı mehriyyə, ən yüngülüdür."2
Başqa bir hədisdə oxuyuruq: "Qadınların mehriyyəsini təyin etdikdə ifrata varmayın, çünki onlar ilahinin (rəhmət) yağışıdır."3
Həmçinin, mehriyyənin agır olmasının, ailədə kin və düşmənçiliyə gətirib çıxaracağı buyurulur: "Mehriyyənin miqdarını yüngül edin, çünki kişi qadının mehriyyəsini ödəsə də, (buna gərə) qəlbində ona kin saxlayar."4
Başqa bir hədisdə buyurulur: "Mehriyyələrin miqdarını çoxaltmayın. Çünki bu, düşmənçiliyə səbəb olar."5
Dostları ilə paylaş: |