İslami rəvayətlərdə valideynlərə övladları həddi-buluğa çatdığı zaman onları evləndirməyə zəminə yaratmaq tövsiyə olunurs və cavanlar iffətlərini qurumaq niyyətilə, mümkün qədər tez ailə qurmağa təşviq edilir. Amma bizim dini rəhbərlərimiz (Peyğəmbər (s) və Əhli-beyt (ə) ) uşaqların (bəzi yerlərdə adət olduğu kimi) evləndirilməsini məsləhət görməmişlər. Elə buna görə də, Mərhum Koleyninin qeyd etdiyi rəvayətdə oxuyururq: Hişam ibn Həkəm İmamdan (İmam Sadiqdən (ə) və ya İmam Kazimdən (ə) ) bu haqda soruşduqda, onlar buyurdular: "Onları (yetkinlik yaşına çatmamış,) uşaq vaxtı evləndirsəniz, bir-birilərini sevib, ünsiyyət qura bilməyəcəklər."1
Qeyd olunan hədis, şəxslərin ağıl yetkinliyinə çatmamışdan öncə ailə qurmasının bir sıra problemlərlə üzləşəcəyinə işarə edir. Bu, evlilik üçün təhlükə və hətta onun dağılmasına belə gətirib çıxara bilər. Elə bu səbəbdən də, bəzi statistikalar, on doqquz yaşından əvvəl ailə quran şəxslərin arasında boşanma sayının, bu yaşdan sonra evlənən şəxslərə nisbətən daha çox olduğu qənaətindədirlər.
Dostları ilə paylaş: |