2- Naşükürlük
Qadının kişinin məhəbbətinə ehtiyacı olduğu kimi, kişinin də, qadının təşəkkürünə və qədirdanlığına ehtiyacı vardır. Buna görə də, kişinin bu ruhi istəyi təmin olmadıqda və ya qadın əksinə naşükürlük etdikdə, ərin həyat yoldaşına olan əlaqəsi azalar. Getdikcə bu qarşılıqlı əksüləməllər daxili narazılıqlara yol açaraq alənin bünövrəsini zəiflədir. Bunun üçün də, islami rəvayətlər qadınlara öz ərlərinin qayğı və məhəbbəti müqabilində naşükürlük etməməyi tövsiyə etmişdir. Gəlin birlikdə bu rəvayətlərə diqqət yetirək:
Allahın rəsulu (s) buyurur: "Allah-təala ərinə ehtiyaclı olduğu halda, ona təşəkkür etməyən qadına baxmaz."1
İmam Sadiq (ə) buyurur: "Ərinә "mәn sәndәn hеç vахt хеyir görmәmişәm"-deyən qаdın bütün yахşı әmәllәrinin savabı hədər olar."2
Dostları ilə paylaş: |