Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə25/282
tarix17.02.2022
ölçüsü2,04 Mb.
#114516
1   ...   21   22   23   24   25   26   27   28   ...   282
63. Allahın rəsulu (s): Kim fəqirlikdən qorxduğu üçün evlənməsə, Allah-təalaya bədgüman olmuşdur. Allah buyurur: Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər2. 3

64. Allahın rəsulu (s): Kasıblıqdan qorxduğu üçün evlənməyən bizdən deyil.4

65. Allahın rəsulu (s): Ailə qurun! Evlənmək sizin ruzinizi artırar.5

66. Allahın rəsulu (s): Kim Allahın haramlarından qorunmaq məqsədilə evlənsə, Allah ona yardım etməlidir.6

67. Allahın rəsulu (s): Allahın bu üç şəxsə yardın etməsi vacibdir: Tanrı yolunda vuruşan şəxsə, ağası ilə azadlığa qovuşmaq üçün müqavilə bağlayan və ona sadiq qalmağı qərara alan qula və abır-həyasını, iffətini qorumaq məqsədi ilə evlənmək istəyən şəxsə.7

68. Allahın rəsulu (s): Allah-təala dörd şəxsə kömək etməyi özünə vəzifə sayar: (Tanrı yolunda) döyüşən mücahidə, ailəli şəxsə, (azadlığını əldə etmək üçün) müqavilə bağlayan qula və həccə gedənlərə.1

69. Allahın rəsulu (s): Öz ruzinizi ailə qurmaqla əldə edin.2

70. Allahın rəsulu (s): Evlənin, çünki qadınlar sizə ruzi gətirər.3

71. Allahın rəsulu (s): Bu üç şeyi hər kim Allaha xatir və Ona təvəkkül edərək əncam veriə, Allaha ona kömək etmək və bərəkət vermək vacib olar: azad olmaq üçün çalışan qul..., Allaha təvəkkül edərək, Ona xatir evlənən şəxs. Ölü (əkinə yararsız) sahələri dirildən şəxs. Onlara bərəkət vermək Allahın öhdəsindədir.4

72. İmam Sadiq (ə): Bir kişi Peyğəmbərin (s) hüzuruna gəlib, kasıb olmasından şikayət etdi. Həzrət peyğəmbər (s) buyurdu: "Evlən!" Bu kişi ailə qurdu və kasıblıqdan qurtuldu.5

74. İmam Sadiq (ə): Ənsardan olan bir cavan Peyğəmbərin (s) hüzuruna gəldi və kasıblıqdan şikayət etdi. Peyğəmbər (s) ona buyurdu: "Ailə qur!"

Cavan dedi: Mən (bunun üçün) Peyğəmbərin (s) yanına geri qayıtmağa utanıram.6

Ənsardan olan bir kişi onunla rastlaşdıqda , dedi: "Mənim gözəl bir qızım var". Sonra öz qızını onunla evləndirdi.

Ardınca imam Sadiq (ə) buyurdu: "Allah-təala ona ruzi qapısını açdı".

Sonra cavan Allahın elçisinin (s) hüzuruna gəlib, əhvalatı ona nəql etdi. Peyğəmbər (s) buyurdu: "Ay cavanlar! Ailə qurun!"2

75. "Əl-Kafi": İshaq ibn Əmmar nəql edir: İmam Sadiqə (ə) dedim: Camaatın rəvayət etdiyi bu hədis doğrudurmu ki; bir kişi Peyğəmbərin (s) hüzuruna gəlib, kasıb olmasından şikayət etdi. Həzrət peyğəmbər (s) buyurdu: "Evlən!" Kişi bundan sonra iki dəfə yenə onun yanına gəlib, kasıblıqdan şikayət etdikdə Peyğəmbər (s) yenə ona həmin göstərişi verdi?

İmam Sadiq (s) buyurdu: "Bəli, doğrudur".

Sonra buyurdu: "Ruzi, qadınlarla və ailə qurmaqla birlikdədir".3
2\3


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin