Yalnız nəsil-nəcabətli şəxslərə qız vermək
77. Allahın rəsulu (s): Miqdad və Zeydi (varlı və nəsil-nəcabətli) ailələrin qızları ilə evləndirdim.3 Bunun üçün ki, bilin, yalnız sizlərin daha gözəl xislətli olanınız, Allah yanında ən şərəfli və üstün sayılır.1
78. Allahın rəsulu (s): Zeyd ibn Harisəni Zeynəb binti Cəhəşlə, Miqdadı Zübeyr ibn Əbdül-mütəllibin qızı Zübaə ilə evləndirdim ki, ən böyük şərafət islamdır.2
79. "Əs-Sünənül-kübra": Zübeydi rəvayət edir: Zöhri bu macəra haqqında (Peyğəmbərin (s) bəni-Bəyazə qəbiləsinə öz aralarından bir qızı Əbu Hində verməsini əmr etməsi barəsində) mənə dedi ki; onlar (bəni-Bəyazə qəbiləsi) Peyğəmbərə belə cavab verdilər: Ey Allahın elçisi! Bizim qızlarımızı nökərlərimizlə evləndirirsən?
Sonra Allah-Təala bu ayəni göndərdi: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir).3"4
79. İmam Sadiq (ə): Peyğəmbər (s), Miqdadı Zübeyr ibn Əbdül-mütəllibin qızı Zübaə ilə evləndirdi ki, evliliklərdəki (mühüm sayılan varlı-kasıb) səthi aradan qalxsın. Camaat Peyğəmbərdən (s) nümunə, ülgü götürsün. Bu, sizin Allah yanında ən hörmətli olanınızın, Allahdan ən çox qorxanınız (pis əməllərdən ən çox çəkinəniniz) olduğunu bilməyiniz üçündür. Zübeyr Peyğəmbərin (s) atasının və Əbdül-mütəllibin qardaşı idi.1
Dostları ilə paylaş: |