82. İmam Sadiq (ə): İmam Zeynülabidin (ə) İmam Həsənin (ə) kənizi ilə evləndi. Bu xəbər Əbdül-məlik ibn Mərvanın qulağına çatdı. O, İmama bir məktub yazaraq belə dedi: Sən artıq kənizlərin əri olmusan!
İmam Zeynülabidin (ə) ona belə cavab yazdı: " Allah-təala islam dini ilə kiçikləri ucaltdı, əskikləri təkmilləşdirdi və zəiflərə izzət, şərəf bağışladı. Deməli, heç bir müsəlman (digərindən) əskik deyil. Doğrusu əsl əskiklik, cahiliyyət eybidir! Allahın rəsulu (s) öz nökərini evləndirdi və kənizi ilə ailə həyatı qurdu."
Məktub Əbdül-məlikin əlinə çatan kimi ətrafındakı insanlara dedi: Mənə deyin görüm, başqalarını əskildən işləri əncam verdikdə, daha da izzət və şərəf sahibi olan kişi kimdir?"
Dedilər: Əlbəttə ki, möminlərin əmiri!2
Dedi: Yox, Allaha and olsun ki, belə deyil!
83. "Əl-Kafi": Əli ibn Məhziyar rəvayət edir: Əli ibn Əsbat, İmam Baqirə (ə) qızlarını ərə verməyə özünə uyğun bir kəs tapa bilmədiyi haqda məktub yazdı. İmam Baqir (ə) məktubun cavabında belə yazdı: "Qızların haqqında yazdıqlarını, özünə tay olan kürəkən tapa bilmədiyin haqda olan məktubunu aldım. Allah sənə öz lütf və mərhəmətini əta etsin. Belə fikirləri zehnindən belə keçirmə. Çünki Allahın Rəsulu (s) buyurur: “Dinindən, (xalq arasındakı) rəftarından razı qaldığınız şəxs sizin qızınıza elçiliyə gəldikdə, bu evliliyə razı olun. Əgər belə etməsəniz (bu evliliyin qarşısını alsanız), dünyada böyük bir fitnə-fəsada səbəb olacaqsınız”.1
4\3
Dostları ilə paylaş: |