84. "Əl-Kafi": Əbdüs-səməd ibn Bəşir rəvayət edir: Bir qadın İmam Sadiqin (ə) yanına gəlib dedi: Allah imamın canını salamat etsin! Mən tərki-dünyalıq yolunu tutmuş bir qadınam.
İmam (ə) buyurdu: " Tərki-dünya dedikdə məqsədin nədir?"
- "Nə üçün?"
Bununla savab qazanmaq istəyirəm.
"Bu yoldan əl çək. Çünki evlənməmək savab və fəzilət sayılsaydı, səndən daha üstün olan Fatimə (s) heç bir zaman evlənməzdi. Halbuki, heç kim fəzilətdə ondan daha üstün ola bilməz.1
5\3
Məsuliyyətdən qaçmaq
85. "Cameül-əxbar": Allahın elçisi (s), Əkkaf adlı bir kişiyə buyurdu: "Evlisənmi?"
-Xeyir, ey Allahın elçisi!
- "Kənizinmi var?"
- Xeyir, ey Allahın elçisi!
- "Evlənməyə imkanın varmı?"
- Bəli.
- "Evlən, yoxsa günahkarlardan olacaqsan."
Başqa bir rəvayətdə buyurulur: "Evlən, yoxsa (qiyamət günü) xristian rahiblərindən sayılacaqsan."
Digər bir rəvayətdə buyurulur: "Ailə qur, yoxsa şeytanın qardaşlarından sayılarsan."2
86. "Müsnədi-ibn Hənbəl": Əbuzər rəvayət edir: Əkkaf ibn Beşr Təmimi adlı bir kişi Peyğəmbərin (s) yanına gəldi. Allahın elçisi (s) ona buyurdu: "Ey Əkkaf! Ailə qurmusanmı?"
- Xeyir.
- "Kənizin varmı?"
- Xeyir, kənizim yoxdur.
- "Evlənməyə imkanın varmı?"
- Bəli, imkanım var.
- "Deməli sən şeytanın qardaşlarındansan. Əgər xristian olsaydın, rahib sayılardın. Bizim sünnəmiz (adətimiz) isə evlənib, ailə qurmaqdır. Sizin ən pisləriniz, evlənməyənlərinizdir. Ən pis ölülər, evlənməyib ölənlərdir.1 Şeytanla zarafatmı edirsiniz (oyunmu oynayırsınız)?! Şeytanın yaxşı insanları yoldan çıxartmaq üçün ən kəsərli silahı qadınlardır. Ailə qurduqda isə onun kəsəri azalır. (Təqvalı insanlar) evli olduqda pak və fəsaddan uzaq olacaqlar. Vay olsun sənə ey Əkkaf! Qadınlar Əyyuba, Davuda, Yusufa və Korsufa belə (vəsvəsə etməkdən) əl çəkmədilər."
Bəşir ibn Ətiyə soruşdu: Kosuf kimdir, ey Allahın elçisi?
Buyurdu: "Bir dənizin kənarında Tanrıya üç yüz il ibadət edən şəxsin adıdır. O, gündüzlər oruc tutur, gecələr isə ibadətlə məşğul olurdu. Bir gün bir qadına vuruldu. Elə buna görə də kafir oldu. Allaha ibadət etməyi tərk etdi. Amma sonralar etdiyi bir yaxşı əmələ görə Allah-təala onun imdadına yetişib, xilas etdi. Tövbəsini qəbul etdi. Vay olsun sənə ey Əkkaf! Evlən, yoxsa din-imanında süst insanlardan olacaqsan."
Əkkaf dedi: Məni evləndir, ey Allahın elçisi!
Peyğəmbər (s) buyurdu: "Səni Gülsüm Himyərin qızı Kərimə ilə evləndirirəm."1
Dostları ilə paylaş: |