137. İmam Sadiq (ə): Bir kişi Peyğəmbərin (s) yanına gəlib, dedi: Ey Allahın eliçisi, Mənim bir əmim qızı var (və mən onunla ailə qurmaq istəyirəm). Amma o, gözəl, əxlaqlı və dindar olmasına baxmayaraq, qısırdır.
Peyğəmbər (s) buyurdu: "Onunla evlənmə."3
138. "Sünəni-Əbu Davud": Məqəl ibn Yəsar rəvayət edir: Bir kişi Peyğəmbərin (s) yanına gəlib, dedi: Mən əsil-nəcabətli və gözəl bir qadın tanıyıram, amma o, övlad dünyaya gətirməkdən məhrumdur. Onunla ailə qurummu?
Peyğəmbər (s) buyurdu: "Xeyir."
O üç dəfə Peyğəmbərin yanına gəlib, eyni sualı verdi. Hər dəfə də, Peyğəmbər (s) ona rədd cavabı verdi. Sonra buyurdu: "Mehriban və sənin üçün övlad dünyaya gətirməyi bacaran qadınla evlən. Çünki qiyamət günü sizinlə (sayınızın çoxluğu ilə) başqa ümmətlərin qarşısında qürrələnəcəyəm."1
139."Usdül-ğabə": Əbdül-məlik Misri Muharib qəbiləsindən olan bir kişidən belə rəvayət edir: Bir kişi Peyğəmbərin (s) yanına gəlib, dedi: Mən gözəl bir qadına vuyurmişam, amma o, övlad dünyaya gətirməkdən məhrumdur. Sizin yanınıza gəldim, dua edin ki, Allah (o qadını qısırlıqdan qurtarıb,) mənə bətəkət versin. Mən də onunla evlənim.
Amma Allahın elçisi (s) ona bu qadınla evlənməyə icazə vermədi.
Kişi yenidən Peyğəmbərin (s) yanına gəlib, ya qadına dua etməyi, ya da ki, onunla evənməyə icazə verməyi xahiş etdi. Allahın peyğəmbəri buyurdu: "Qara dərili, amma qısır olmayan bir qadınla evlənməsi, mənim fikrimcə, gözəl amma qısır qadınla evlənməsindən daha yaxşıdır."2
Dostları ilə paylaş: |